Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 08 iyun 2021 19:24 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39640 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5085 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2586410, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1646054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 940356 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR