Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 14 iyun 2021 18:50 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 322 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2775641, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1811104, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 964537 təşkil edir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR