Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 15 iyun 2021 16:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40705 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31850, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8855 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2816346, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1842954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 973392 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR