Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

© APA | Azərbaycanda vaksinasiya, 19 iyun

# 19 iyun 2021 17:17 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40709 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17872 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2956663, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1931642, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1025021 təşkil edir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR