Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 21 iyun 2021 17:36 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 215 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2989673, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1949646, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1040027 təşkil edir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR