Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 23 iyun 2021 16:34 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47824 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25682, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22142 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3080340, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1997612, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1082728 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR