Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 24 iyun 2021 16:39 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 010 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 068 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 146 350, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 034 554, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 111 796 təşkil edir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR