Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 26 iyun 2021 16:37 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75081 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41584, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33497 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3293732, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2112110, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1181622 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR