Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 13 iyul 2021 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 413 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 159 298, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 494 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 664 747 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR