Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 18 iyul 2021 17:51 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 869 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 490, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 370 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 580 819, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 537 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR