Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 19 iyul 2021 18:10 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 483 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 302 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 581 000, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 839 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR