Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 27 iyul 2021 15:07 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68020 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35801 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4632349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2686492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1945857 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR