Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 01 avqust 2021 16:44 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 416 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 040 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 923 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 301 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR