Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 04 sentyabr 2021 18:25 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78 604 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 000 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 174 292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 329 571, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 844 726 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR