Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 25 sentyabr 2021 16:35 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65 861 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 643, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 218 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 293 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 700 096, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 593 494 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR