Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 01 oktyabr 2021 17:03 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52121 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8623360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4778843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3844517 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR