Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

peyvənd statsitikası, 3 oktyabr

© APA | peyvənd statsitikası, 3 oktyabr

# 03 oktyabr 2021 16:38 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 949 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 006, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 943 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 736 939, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 142, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 928 797 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR