Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 01 noyabr 2021 19:01 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 263 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 661 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 511 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR