Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 19 noyabr 2021 16:38 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32573 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6902, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10234106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5042611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4512674, buster doza üzrə vaksinasiya olunanların sayı isə 678821 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR