Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 27 noyabr 2021 16:41 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 190 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 831, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 805, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 554 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 460 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 071 264, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 555 457, buster doza üzrə vaksinasiya olunanların sayı isə 833 399 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR