Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 08 dekabr 2021 16:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 245 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 355, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 941 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 772 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 107 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 601 258, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 063 850 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR