Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin ümumi sayı 7 milyonu ötüb

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin ümumi sayı 7 milyonu ötüb
# 02 sentyabr 2021 18:53 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38327 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7009933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4239851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2770082 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR