Azərbaycanda COVID-ə yoluxanların 94%-də "Delta" ştammı aşkarlanıb - YENİLƏNİB - VİDEO

Azərbaycanda COVID-ə yoluxanların 94%-də "Delta" ştammı aşkarlanıb - YENİLƏNİB  - VİDEO
# 20 avqust 2021 11:46 (UTC +04:00)

"“Delta" ştammı xüsusi sürətlə yayılır. Biz onu Azərbaycanda aşkarlayandan sonra bilirik ki, hazırda ölkəmizdə yayılan ştamm "Delta" ştammıdır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hər bir xəstənin "Delta" yaxud "Alfa" ştammı olmasının təyin olunmasının tibbi heç bir əhəmiyyəti yoxdur: “Bizə əsas əhəmiyyətli olan xəstənin vəziyyətdir”.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, Azərbaycanda hazırda 94% yayılan "Delta" ştammıdır. Bununla bağlı tədqiqat aparılmışdı. Ona görə də maskadan istifadə çox mühümdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR