Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

Azərbaycanda daha  515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub
# 17 may 2021 16:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 330 269 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4792 nəfər vəfat edib, aktiv xəstə sayı 10 062 nəfərdir.

Ölkədə son sutka ərzində 8877, hazırkı dövrədək isə 3 392 930 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR