Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Gülməmməd Hacıyev

© APA | Gülməmməd Hacıyev

# 25 sentyabr 2021 16:11 (UTC +04:00)

Elmi Tədqiqat Kardiologiya İnstitutunun həkimi, tibb elmlər namizədi, Gülməmməd Hacıyev COVID-19 virusundan vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, bu itki həm kardiologiya, həm də Azərbaycan səhiyyəsi üçün böyük sarsıntıdır: "Yüzlərcə həkimin yetişməsində əvəzsiz rolu olan Gülməmməd həkimə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR