Azərbaycanda daimi çalışan əcnəbi professor-müəllim heyətinin sayı açıqlanıb

Samir Sərifov

© APA | Samir Sərifov

# 23 noyabr 2021 16:13 (UTC +04:00)

“Hazırda ali təhsil müəssisələrində 110 nəfər əcnəbi professor-müəllim heyəti daimi çalışır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, eyni zamanda Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş 2019-2023-cü illər üzrə Azərbaycan ali təhsil sisteminin beynəlxalq standartlara cavab verməsinə dair Dövlət Proqramı icra edilir: “2022-ci ilin Dövlət Neft Fondunun büdcəsində də bu məqsədlər, o cümlədən tələbələrin xaricdə təhsil alması və s. üçün müvafiq vəsaitlər ayrılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR