Azərbaycanda dəmir yolu və avtobuslarla rayonlararası sərnişindaşımada bu gündən COVID pasportu tələb olunur

Azərbaycanda dəmir yolu və avtobuslarla rayonlararası sərnişindaşımada bu gündən COVID pasportu tələb olunur
# 01 oktyabr 2021 00:00 (UTC +04:00)

Bu gündən dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə şəhərlərarası və rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Qərar çox sayda insanın uzun müddət qapalı yerdə toplaşmasının koronovirus infeksiyasının yayılmasına münbit şərait yaratması nəzərə alınaraq, insanlar arasında COVİD-19 virusuna yoluxma riskinin azaldılması məqsədilə qəbul edilib.

Qeyd edək ki, indiyədək belə tələb yox idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR