Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqinə başlanılıb

Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqinə başlanılıb
# 30 noyabr 2021 16:18 (UTC +04:00)

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən radiolar monitorinqlərə cəlb olunub".

Bunu APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.

O bildirib ki, monitorinqlərə 11 radio cəlb olunub: “Monitorinqlər 1 ay davam edəcək. Bütün nəticələr hesabatda əksini tapacaq”.

Mərkəz direktoru qeyd edib ki, bu gün radiolardan informativ xarakterli məlumat almaq olmur: “Bütün radiolar sözlü verilişlərini gizlədib, bayağı Avropa musiqisinə köklənib. Gözəl şərq, Azərbaycan musiqisini qoyub, bizə uyğun olmayan, ruhumuzu oxşamayan musiqilər səsləndirirlər. Bu halı çox pisləyirəm. Radiolarımız monitorinqlərdən kənarda qalmaq üçün verilişlərini gizlədir. Bu, çıxış yolu deyil, qaçmaqdır. Radiodakı verilişlərlə Azərbaycan dilinin faktiki vəziyyətini öyrənmiş oluruq. Bu gün dilimizin hansı vəziyyətdə olduğunu, necə idarə etməli olduğumuzu, cümlənin qurulma qaydasını, leksik norma pozuntularının qarşısını necə alınması kimi məsələləri dilimizin güzgüsü olan radiolarımızda artıq görə bilmirik. Çıxış yolu odur ki, hər kəs əlçatan olan radioda Azərbaycan dilinin işlənmə xüsusiyyətlərinin şahidi olsun. Radio rəhbərləri aparıcılarını buna yönəltsinlər, aparıcı götürərkən bütün xüsusiyyətləri nəzərə alsınlar. Yəqin ki, yaxın vaxtda bu halların qarşısını alacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR