Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB
# 20 noyabr 2021 18:54 (UTC +04:00)

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 4.5, dərinliyi isə 42 km. olub.

***

17:49

Azərbaycanda zəlzələ olub.

APA-nın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı "Facebook" səhifəsində paylaşım edib.

Yeraltı təkan Şamaxı rayonu ərazisində qeydə alınıb.

Zəlzələnin maqnitudası 5 bal olub. Ətraf rayonlarda 4-3 bal hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR