Azərbaycanda hazırda ən azçəkili yenidoğulmuş 524 qramlıq körpədir

Azərbaycanda hazırda ən azçəkili yenidoğulmuş 524 qramlıq körpədir
# 17 noyabr 2021 10:57 (UTC +04:00)

“Vaxtından əvvəl doğulan uşaqlar həssas olur”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, 1980-ci illərdə Azərbaycanda vaxtından əvvəl doğulanların təxminən 20 faizə qədəri tələf olurdu: “Sonra görülən tədbirlər nəticəsində bu göstəricini 5-6 faiz aşağı sala bildik. İndi Azərbaycanda azçəkili uşaqların həyatda qalması 90 faizdir. Həmçinin belə uşaqların sağalma faizi 30-40 faizdir. Dünyada isə bu göstərici 70-80 faiz, bəzi ölkələrdə daha çoxdur”.

R. Hüseynov qeyd edib ki, vaxtından əvvəl doğulan uşağa ildə çəkilən xərc 1-1,2 milyon dollardan çox olur: “Azərbaycanda hazırda ən azçəkili uşaq "Yeni Klinika"da olan 524 qramlıq körpədir. Onun sağlamlığı normaldır, böyüyür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR