Azərbaycanda hər iki doza vaksin vurulanların sayı 4.5 milyona çatıb

Azərbaycanda hər iki doza vaksin vurulanların sayı 4.5 milyona çatıb
# 17 noyabr 2021 16:35 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7712, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21208 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10165834, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5033346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4498072, buster doza üzrə vaksinasiya olunanların sayı isə 634416 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR