Azərbaycanda iki mərhələ üzrə vaksinasiya olunanların sayı 3 milyonu ötüb

Azərbaycanda iki mərhələ üzrə vaksinasiya olunanların sayı 3 milyonu ötüb
# 10 sentyabr 2021 18:13 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62584 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39424 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7493034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4465644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3027390 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR