Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə mRNT Pfizer peyvəndi vurulacaq

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə mRNT Pfizer peyvəndi vurulacaq
# 07 sentyabr 2021 09:24 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq bir sıra qırarlar qəbul edib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Bu qərarlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasında istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

2. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

3. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR