Azərbaycanda ötən il universitetlərə qəbul üçün sənəd verən xarici vətəndaşların sayı açıqlanıb

Azərbaycanda ötən il universitetlərə qəbul üçün sənəd verən xarici vətəndaşların sayı açıqlanıb
# 23 iyun 2021 15:26 (UTC +04:00)

2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən xarici ölkə vətəndaşı olan abituriyentlərin sayı açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Ötən il I qrup üzrə sənəd verən abituriyentlərin 67.33%-ni oğlanlar, 32.67%-ni qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 26066 nəfəri (84.14%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 7 nəfəri xarici ölkələrin vətəndaşları, 46 nəfəri ali təhsilli şəxslər, 520 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

II qrup üzrə sənəd verən abituriyentlərin 68.28%-ni oğlanlar, 31.72%-ni isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 11346 nəfəri (79.69%-i) ümumi təhsil məktəblərinin ötən ilin məzunları, 18 nəfəri xarici ölkələrin vətəndaşları, 37 nəfəri ali təhsilli şəxslər, 465 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

III qrup üzrə sənəd verən abituriyentlərin 27.91%-ni oğlanlar, 72.09%-ni isə qızlar təşkil edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 18510 nəfəri (81.87%-i) ümumi təhsil məktəblərinin həmin ilin məzunları, 21 nəfəri xarici ölkələrin vətəndaşları, 89 nəfəri ali təhsilli şəxslər, 591 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

IV qrup üzrə sənəd verən abituriyentlərin 27.60%-ni oğlanlar, 72.40%-ni isə qızlar təşkil edib. Abituriyentlərin 4474 nəfəri (86.71%-i) ümumi təhsil məktəblərinin ötənilki məzunları, 6 nəfəri xarici ölkələrin vətəndaşları, 31 nəfəri ali təhsilli şəxslər, 122 nəfəri isə orta ixtisas məktəblərinin məzunları olub.

İmtahanlarda oğlanların ən yüksək nisbi sayı II ixtisas qrupunda (68.28%), qızların ən yüksək nisbi sayı isə IV ixtisas qrupunda (72.40%) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR