Azərbaycanda oxuyan xarici tələbələrin gəlişinə şərait yaradılması üçün hökumətə müraciət olunub

Tural Əhmədov

© APA | Tural Əhmədov

# 17 sentyabr 2021 12:09 (UTC +04:00)

“Ötən tədris ilinin statistikasına əsasən, Azərbaycanda 89 ölkədən 6600 xaricdən gələn tələbə təhsil alır”.

APA-nın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə ölkə sərhədləri 42 ölkəyə açıqdır və həmin ölkənin vətəndaşları Azərbaycana gələ bilərlər: "Hazırda əyani tədrisin bərpası qərarı verilib. Oktyabrda bu tədris ili üçün yeni qəbul olan xarici tələbələrin siyahısı yekunlaşacaq. Ölkə sərhədləri açıq olan 42 ölkəyə aid olmayan tələbələrlə bağlı hökumətə müraciət etmişik ki, təlimat versinlər. Çünki xaricdən gələn tələbənin bir çoxunun praktik məşğələ dövrüdür, məsələn, Azərbaycanda təhsil alan xarici tələbələrin 1/3-i tibb təhsili alırlar. Ona görə də hökumətə müraciət etmişik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR