Azərbaycanda qadınlar və kişilər hansı avtomobillərə üstünlük verir? - SORĞU

Azərbaycanda qadınlar və kişilər hansı avtomobillərə üstünlük verir? - SORĞU
# 10 noyabr 2021 15:50 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 64 954 avtomobil idxal olunub ki, bu da ötən dövrlə müqayisədə 40,5 faiz çoxdur.

APA-nın məlumatına görə, Media Təhlil Mərkəzi bunu nəzərə alaraq, vətəndaşların avtomobillərə marağını öyrənmək məqsədilə 26-30 oktyabr tarixlərində sorğu keçirib.

Bakı və bölgələri əhatə edən sorğuda iştirak edən 500 respondentin 37%-i qadınlar, 63%i kişilər olub.

Sorğu nəticələrinə əsasən, məlum olub ki, kişilərin 55, qadınların 37 faizi qiyməti münasib olan avtomobillərə üstünlük verir.

Bundan başqa, sorğuda iştirak edən kişilərin 45, qadınların isə 35 faizi yanacaq sərfiyyatı az olan avtomobillərə üstünlük verdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR