Azərbaycanda Qurban bayramı ilə bağlı 4 gün iş olmayacaq - VİDEO - YENİLƏNİB

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 01 iyul 2021 21:03 (UTC +04:00)

Mətnə video əlavə olunub

***

Saat 19:43

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Beləliklə, 4 gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul - ardıcıl qeyri iş günü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR