Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Rəşad Mahmudov

© APA | Rəşad Mahmudov

# 12 noyabr 2021 15:30 (UTC +04:00)

“Azərbaycanda 600 minə yaxın şəkərli diabetə tutulmuş insan var”.

APA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “14 noyabr – Ümumdünya Diabet Günü”nə həsr edilmiş "Şəkərli diabet xəstəliyinə müasir yanaşma: problemlər və gələcək hədəflər" mövzusunda vebinarda deyib.

R. Mahmudov bildirib ki, 2035-ci ilə qədər dünyada şəkərli diabet xəstələrinin sayı daha da artacaq və bu, müalicə xərclərini də artıracaq: “Ona görə də uşaqlıq dövründən başlayaraq uşaqları bu xəstəliklə mübarizəyə hazırlamalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR