Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Zaur Əliyev

© APA | Zaur Əliyev

# 08 dekabr 2021 16:20 (UTC +04:00)

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb.

APA-nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual diabet məktəbi" layihəsinin təqdimat mərasimində deyib ki, hazırda Azərbaycanda 270 minə yaxın qeydiyyatdan keçmiş şəkərli diabet xəstəsi var: “Son illər bu xəstələrin sayı 5-6 faiz artıb".

Z. Əliyev qeyd edib ki, hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır: “Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş və dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır. Gələcəkdə daha da genişləndirilmiş tədbirlər nəzərdə tutula bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR