Azərbaycanda sentyabrın 1-dən özəl orta məktəblərdə dərslər əyani qaydada başlasa da, sonradan dayandırılıb - VİDEO

Azərbaycanda sentyabrın 1-dən özəl orta məktəblərdə dərslər əyani qaydada başlasa da, sonradan dayandırılıb - VİDEO
# 06 sentyabr 2021 12:17 (UTC +04:00)

Azərbaycanda sentyabrın 1-dən beynəlxalq özəl orta təhsil müəssislərində dərslər əyani şəkildə başlasa da, sonradan dayandırılıb.

APA-nın məlumatına görə, dərslər sentyabrın 3-dək davam edib.

Sentyabrın 3-də Təhsil Nazirliyi tərəfindən məktəblərdə ənənəvi tədrisin dayandırılması, dərslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına qədər onlayn keçirilə biləcəyi barədə təlimat göndərilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya bildirib ki, özəl və dövlət orta təhsil müəssisələrində tədris eyni qaydada olmalıdır: "Bu səbəbdən də Təhsil Nazirliyi tərəfindən müvafiq göstəriş verilib ki, özəl məktəblərin ənənəvi qaydada fəaliyyətə başlaması mümkün deyil. Bütün məktəblər üçün qaydalar eyni olmalıdır”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar məktəblərdə tədrisin hansı formada keçiriləcəyinə dair qərarın bu həftə veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR