Azərbaycanda son sutkada 1 889 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

koronavirus statistikası, 21 noyabr

© APA | koronavirus statistikası, 21 noyabr

# 21 noyabr 2021 16:36 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 889 yeni yoluxma faktı qeydə alınıb, 2 537 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 573 974 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 538 211 nəfər müalicə olunaraq sağalıb, 7 624 nəfər vəfat edib, aktiv xəstə sayı 28 139 nəfərdir.
Ölkədə son sutka ərzində 11 740, hazırkı dövrədək isə 5 443 180 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR