Azərbaycanda son sutkada 1157 nəfər COVID-19-a yoluxub, 31 nəfər ölüb

Azərbaycanda son sutkada 1157 nəfər COVID-19-a yoluxub, 31 nəfər ölüb
# 13 sentyabr 2021 15:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 461 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 nəfər vəfat edib, aktiv xəstə sayı 42 646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 123, ötən müddət ərzində isə ümumilikdə 4 661 119 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR