Azərbaycanda son sutkada 1170 nəfər COVID-19-dan sağalıb, 339 nəfər yoluxub - VİDEO

Azərbaycanda son sutkada 1170 nəfər COVID-19-dan sağalıb, 339 nəfər yoluxub - VİDEO
# 19 may 2021 16:28 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 331 040 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 317 609 nəfər müalicə olunaraq sağalıb, 4814 nəfər vəfat edib, aktiv xəstə sayı 8617 nəfərdir.

Ölkədə son sutka ərzində 10 568, hazırkı dövrədək isə 3 414 614 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR