Azərbaycanda son sutkada 1277 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1277 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib
# 12 oktyabr 2021 15:23 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib, aktiv xəstə sayı 12861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, ötən müddət ərzində isə ümumilikdə 4 969 881 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR