Azərbaycanda son sutkada 1662 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib

koronavirus statistikası, 28 noyabr

© APA | koronavirus statistikası, 28 noyabr

# 28 noyabr 2021 16:33 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 585 783 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib, aktiv xəstə sayı 26 252 nəfərdir.
Ölkədə son sutka ərzində 11 369, hazırkı dövrədək isə 5 521 070 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR