Azərbaycanda son sutkada 2 631 nəfər COVID-19-a yoluxub, 28 nəfər vəfat edib

koronavirus statistikası, 7 noyabr

© APA | koronavirus statistikası, 7 noyabr

# 07 noyabr 2021 17:46 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 631 yeni yoluxma faktı qeydə alınıb, 1 989 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 547 281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 507 756 nəfər müalicə olunaraq sağalıb, 7 269 nəfər vəfat edib, aktiv xəstə sayı 32 256 nəfərdir.
Ölkədə son sutka ərzində 12 367, hazırkı dövrədək isə 5 285 216 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR