Azərbaycanda son sutkada 2025 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb

Azərbaycanda son sutkada 2025 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
# 17 noyabr 2021 16:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 025 yeni yoluxma faktı qeydə alınıb, 2 267 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 565 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 105 nəfər müalicə olunaraq sağalıb, 7 524 nəfər vəfat edib, aktiv xəstə sayı 30336 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 127, ötən müddət ərzində isə ümumilikdə 5 392 281 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR