Azərbaycanda son sutkada 2189 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa yoluxma ilə bağlı ststistika

© APA | Azərbaycanda son sutkada koronavirusa yoluxma ilə bağlı ststistika

# 30 oktyabr 2021 15:30 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2189 yeni yoluxma faktı qeydə alınıb, 1585 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 529109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492374 nəfər müalicə olunaraq sağalıb, 7049 nəfər vəfat edib, aktiv xəstə sayı 29686 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14051, ötən müddət ərzində isə ümumilikdə 5183839 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR