Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 32 nəfər yoluxub - VİDEO

Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 32 nəfər yoluxub - VİDEO
# 07 iyun 2021 17:29 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327114 nəfər müalicə olunaraq sağalıb, 4945 nəfər vəfat edib, aktiv xəstə sayı 2688 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 673, ötən müddət ərzində isə ümumilikdə 3 572 418 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR