Azərbaycanda son sutkada 2256 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb

Azərbaycanda son sutkada 2256 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
# 03 noyabr 2021 15:02 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb, 2208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 537 004 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 571 nəfər müalicə olunaraq sağalıb, 7 153 nəfər vəfat edib, aktiv xəstə sayı 30 280 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 102, ötən müddət ərzində isə ümumilikdə 5 227 688 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR